Əməkdar artisti Mətanət İsgəndərlinin ailəsinə ağır itki üz verib.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi “Elgizlə izlə” ictimai-sosial verilişində məlumat verib.
İsgəndərli bildirib ki, onun Antalyada yaşayan qızı Ülkərin həyat yoldaşı Enginin xalası, zəlzələ olan bölgədə iki qızı ilə dağıntılar altından qalaraq həlak olub.
“Qızlarının birinin 10, digərinin isə 12 yaşı vardı. İndi təkcə oğlan övladı qaldı. Ata, ana o qədər səbrlidirlər ki... Deyirlər biz sevinirik ki, heç olmasa qızlarımın ikisi də bir yerdədirlər, darıxmayacaqlar. Gör ana nə deyir... Onunla özünə toxtaxlıq verir...".
Qeyd edək ki, Türkiyədə zəlzələdə ölənlərin sayı 18 342 nəfərə çatıb. Yaralıların sayı isə 74 242 nəfərdir.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:41 / 10.02.2023
Əməkdar artistin qohumları zəlzələdə HƏLAK OLDU - VİDEO
Hazırda oxunan: Əməkdar artistin qohumları zəlzələdə HƏLAK OLDU - VİDEO
Hazırda oxunan: Əməkdar artistin qohumları zəlzələdə HƏLAK OLDU - VİDEO
119621
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.