“Sovetin bəyənmədiyiniz “xruşşovka” evləri belə 7 bal zəlzələ olanda yararsız vəziyyətə düşmədi”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist İlkin Əhmədov sosial şəbəkə hesabında qeyd edib.
Sənətçi, Türkiyədəki tikinti şirkətlərini sərt şəkildə tənqid edib:
“Türkiyədəki bəzi şirkətləri şiddətlə qınayıram. Çünki o daş və “armatur”dan ev olmaz. İnanıram ki, həmin MTK sədrləri məsuliyyətə cəlb olunacaqlar. İnsanda vicdan olmalıdır”.
Qeyd edək ki, dörd gün əvvəl Türkiyədə zəlzələ nəticəsində 17 674 nəfər həlak olub. Yaralı sayı isə 72 879 nəfərdir.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
10:42 / 10.02.2023
Əməkdar artistdən TƏNQİD: “Bəyənmədiyiniz “xruşşovka” lar zəlzələdə dağılmadı” - FOTO
Hazırda oxunan: Əməkdar artistdən TƏNQİD: “Bəyənmədiyiniz “xruşşovka” lar zəlzələdə dağılmadı” - FOTO
Hazırda oxunan: Əməkdar artistdən TƏNQİD: “Bəyənmədiyiniz “xruşşovka” lar zəlzələdə dağılmadı” - FOTO
119599
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.