Kirkorov “Qremmi-2023”də İŞTİRAK ETDİ - FOTO

Kirkorov “Qremmi-2023”də İŞTİRAK ETDİ - FOTO

Hazırda oxunan: Kirkorov “Qremmi-2023”də İŞTİRAK ETDİ - FOTO

118892

Rusiyanın Xalq artisti Filipp Kirkorov ötən axşam Las-Veqasda keçirilən 65-ci “Qremmi” musiqi mükafatının təqdimetmə mərasiminə qatılıb.

Bizim.Media xəbər verir ki, sənətçi tədbirin foto və videolarını sosial şəbəkə hesabında izləyiciləri ilə paylaşıb.

Tədbirə Kirkorov “Fendace” kostyumunda (“Versace” ilə “Fendi”nin əməkdaşlığı) qatılıb.

“İlk dəfə nəsə baş verəndə bir arzu etmək lazımdır” deyən Kirkorov təəssüratlarını bu sözlərlə ifadə edib:

“Öyrənmək, orada nələrin maraqlı olduğunu görmək, amerikalı həmkarlarım üçün sevinmək istəyirəm”.

Sosial şəbəkələrdə Kirkorov Madonna, Cennifer Lopez və Ben Afflekin keçidini, eləcə də Beyonsenin çıxışını nümayiş etdirib.
Qeyd edək ki, Filipp Kirkorov bir neçə gün əvvəl ABŞ-a uçub və müğənni Adelin solo konsertində iştirak edib.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO