Gülyanaqdan bacısı Gülyaza efirdə gözlənilməz SÜRPRİZ – VİDEO

Gülyanaqdan bacısı Gülyaza efirdə gözlənilməz SÜRPRİZ – VİDEO

Hazırda oxunan: Gülyanaqdan bacısı Gülyaza efirdə gözlənilməz SÜRPRİZ – VİDEO

118406

“Səs Azərbaycan: Doğma nəğmələr” mahnı yarışmasında gözlənilməz hadisə yaşanıb.

Bizim.Media xəbər verir ki, Xalq artisti Gülyaz Məmmədovanın münsif olduğu yarışmaya bacısı Xalq artisti Gülyanaq Məmmədova iştirakçı kimi qatılıb.

Gülyanaq üzünü ağ torlu “şleyf” altında gizlədərək, “Aldatmayaq bir-birimizi” mahnısını səsləndirib.

Bacısının səsini eşidən Gülyaz kövrələrək Gülyanağın yanına səhnəyə gedib.

Həmin anları sosial şəbəkə hesabında paylaşan Gülyanaq, yaşadığı hissləri bu sözlərlə ifadə edib:

“Zəng edirəm, Gülyanaq deyir, həkimdədir, özünü yaxşı hiss etmir, danışa bilmir. Çox narahat qaldım. Seçimlər başladı. Onun səsini bənzətdim, düşündüm ki, yəqin hansımızınsa tələbəsidir. Hər halda bizi yamsılayır. Döndüm ki, qarşımda Gülüm. Hamımız üçün gözəl gün, gözəl an oldu”.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO