“Gözə, nəzərə, əmələ, caduya inanmıram. Amma yuxulara çox inanıram. Yuxuda gördüm ki, qayınanamı vedrə ilə döyürəm. Bu isə o deməkdir ki, o, bütün gücümü alıb”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan qonaq olduğu “Xeyirli axşamlar” verilişində deyib.
Sənətçi bildirib ki, qayınanası ailəsində elə bir şərait yaratmışdı ki, məcburiyyət qarşısında həyat yoldaşından boşanıb:
“O zaman ərimdən boşanmamışdım. Mən anamla qalırdım. Uşaqlarımın atası isə anası ilə. Bizim boşanmaq fikrimiz yox idi. Sevib ərə getməmişdim. Məni həmin insana ərə vermişdilər, mən də getmişdim.
Ailə mənim üçün müqəddəs olduğu üçün, ailəmi qoruyurdum. Aramızda qat-qat fərq vardı, hər bir şeydə. Buna baxmayaraq deyirdim ki, uşaqlarımın atasıdır, ailəmdir. Qayınanam ərimlə boşanmaq vəziyyətini yaratmışdı. Özləri də mənə yalvara-yalvara qalmışdı”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:43 / 01.02.2023
Elza: “Yuxuda qayınanamı vedrə ilə döyürdüm” - VİDEO
Hazırda oxunan: Elza: “Yuxuda qayınanamı vedrə ilə döyürdüm” - VİDEO
Hazırda oxunan: Elza: “Yuxuda qayınanamı vedrə ilə döyürdüm” - VİDEO
117823
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.