Xalq artisti Röya:

Xalq artisti Röya: "Bu konserti edən şəxslərə, hər kəsə borcum var" - VİDEO 

Hazırda oxunan: Xalq artisti Röya: "Bu konserti edən şəxslərə, hər kəsə borcum var" - VİDEO 

117066

"Üç il bundan əvvəl hardasa 80 min manat pul qazanacaqdım. Bu il isə mən heç nə qazanmıram. Heç də təəccüblənmirəm, təəssüflənmirəm. Çünki biz o pulların hamısını o qədər xərclədik ki, bu konserti edən şəxslərə, hər kəsə artıq borcum var". 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan Bakı Konqres Mərkəzində "Dəli kimi" adlı konsertindən əvvəl media nümayəndələri ilə görüşü zamanı deyib.  

Sənətçi dörd ildir təxirə düşən konsertinin pərdəarxası məqamlarından söz açıb:

"Çox sevinirəm ki, bu gün mənə qismət oldu, bu borcu ödəyə bilirəm. Allaha qurban olum, necə yazır, elə də yaşadır. Deyir sən saydığını say, gör fələk nə sayır. 17 gün ərzində bir ilin işini görmüşük. Sona qədər dözdüm, durdum. Sonra çalışdığım bir sıra şirkət və əməkdaşlarıma söylədim ki, rejissor Ranar Musayevı dəvət edə bilərik. Çünki bütün həvəsim gedib. Bilmirəm artıq nə edə bilərəm. Çox gözəl bir şou hazırladıq. Əminəm ki, bu günki şounu sevəcəksiniz. Bu günlük məni bir az yola verin. Sizə söz verirəm mart ayında başqa bir həyacanla görüşəcəyik". 

Röya konsertdə bir-birindən fərqli biçimlərdə hazırlanan 25 geyim geyinəcəyini açıqlayıb:

"Bir həftə ərzində 25 kostyum hazırlanıb. Bu gün konsertimdə 25 geyim geyinəcəyəm. Soyunub-geyinmək elə səhnədə baş verəcək".  

Xalq artisti bildirib ki, konsertində ailə üzvləri iştirak etməyəcək:

"Konsertimdə ailə üzvlərimdən heç kim iştirak etmir. 2020-ci ildə atamı xəstəxanadan bir neçə dəqiqəlik gətirmişdim yanıma ki, onunla Yeni ili keçirdim. Üç ildir ki, bayramını o xəstəxanada keçirdir. Evdən hər kəs həyacanla bu günü gözləyəcək. Oğlum Hüseyn isə məktəbdədir. Saat birdə və beşin yarısında mənə konsertimdə uğurlar arzu edib".  

Xüsusi olaraq bu konsert üçün səhnə şoularının bol olacağının öncədən anonsunu verən Röya daha əvvəl hazırlıq prosesi zamanı həyəcan keçirdiyini dilə gətirib:

"Səhnə şousu çox həyəcanlıdır. Ən pisi isə dünən keçirdiyim 20 dəqiqəlik stresslə əlaqəlidir. Qabırğalarım ağrıyır. Hündürmərtəbəli evdə yaşasam da, heç zaman eyvandan aşağı baxmamışam. Hündürlük fobiyam var. Üç ildir ki, yeni evimdə yaşayıram. Eyvan düzəltdirdim ki, nə zamansa çıxıb, yola baxaram. Amma hələ bir dəfə də olsun orada oturmamışam (gülür).  
 

 

 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO