Brilliant Dadaşova İrandakı səfirliyimizə hücumdan YAZDI: “Əlləriniz qırılsın” – FOTO

Brilliant Dadaşova İrandakı səfirliyimizə hücumdan YAZDI: “Əlləriniz qırılsın” – FOTO

Hazırda oxunan: Brilliant Dadaşova İrandakı səfirliyimizə hücumdan YAZDI: “Əlləriniz qırılsın” – FOTO

116985

Xalq artisti Brilliant Dadaşova Azərbaycan İrandakı səfirliyində törədilən terror hadisəsi ilə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında hadisənin qeydə alındığı müşahidə kameralarının görüntülərini yayımlayaraq, bu sözləri yazıb.

“Bu gün xaincəsinə İrandakı Azərbaycan səfirliyinə hücum edilib. Əlləriniz qırılar inşallah. Silahlı şərəfsizin üstünə əliyalın cuman Azərbaycan igidi”.

Xatırladaq ki, Azərbaycan XİN baş verənlərlə bağlı ilk rəsmi məlumat yayıb. Bildirilir ki, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.
Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO