Müğənni Mətanət Əsədova 14 illik problemini üzə çıxarıb.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Səhər mərkəzi” verilişində 2009-cu ildə üzünə vurulan gelin yaratdığı fəsaddan söz açıb.
“Üzümün gözəl dərisi vardı. Üzümdə təkcə burun əməliyyatı etdirmişəm. Burun insanı necə dəyişir. Uzun sifətim, arıq çənəm vardı. Burnum o cür yaraşıqlı simamı itirmişdi. Burnumu əməliyyat etdim, sonra getdim gözəllik salonların birinə. Orada bir çox xanımlar üzünə gel vurdururdu. Geli vuran isə heç tibb bacısı deyildi. Sonradan öyrəndim ki, o, salonun xadiməsi olub. Mən də bunu haradan bilim. Aldatdılar, dedilər ki, bu xanım üzünə gel vursun. Razılığını verdim. Süni geli üzümə vurdu. Ondan sonra üzüm “çopur-çopur” oldu. 2009-cu ildən bu problemlə yaşayıram. Yaxın günlərdə estetik əməliyyat keçirib, həmin gelləri üzümdən çıxaracağam”, - deyə M.Əsədova vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:16 / 27.01.2023
Mətanət: “Gözəllik salonunun xadiməsi üzümə süni gel vurub, bu hala saldı” - VİDEO
Hazırda oxunan: Mətanət: “Gözəllik salonunun xadiməsi üzümə süni gel vurub, bu hala saldı” - VİDEO
Hazırda oxunan: Mətanət: “Gözəllik salonunun xadiməsi üzümə süni gel vurub, bu hala saldı” - VİDEO
116940
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.