Dünyanın ən bahalı otelində çıxışına görə Beyons 35 milyon ALDI - FOTO/VİDEO

Dünyanın ən bahalı otelində çıxışına görə Beyons 35 milyon ALDI - FOTO/VİDEO

Hazırda oxunan: Dünyanın ən bahalı otelində çıxışına görə Beyons 35 milyon ALDI - FOTO/VİDEO

116078

Dubayda (BƏƏ) tikinti dəyəri 1,5 milyard dollar qiymətləndirilən planetin ən bahalı oteli “Atlantis The Royal” açılıb.

Bizim.Media "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, açılış mərasiminə məşhur müğənni Beyons dəvət olunub.

Mərasimə yalnız şəxsi dəvətlə getmək mümkün olub. Resellerlərdən biletin qiyməti 150 min avro (təxminən 275 min manat) təşkil edib.
Açılış mərasimində amerikalı pop diva Beyons 2018-ci ildən bəri ilk konsertini verib. O, səhnədə 70 dəqiqə ərzində üç paltar dəyişib: 

Müğənni "Crazy in Love", "Spirit" və "Drunk in Love" mahnılarını ifa edib.  

İlkin məlumatlara görə, Beyons 35 milyon dollar (təxminən 59 milyon manat) alıb.

Bundan başqa, açılışda britaniyalı müğənni Liam Peyn, Beyonsun əri Cey Zi, avstraliyalı aktrisa Rebel Uilson, amerikalı model Oliviya Kulpo, həmçinin rusiyalı müğənnilər Nyuşa və Klava Koka da iştirak ediblər.  
Premium oteldə bir gecənin 130 min dollar (222 min manat) başa gələcəyi dəqiqləşdirilir. Bundan əlavə, onlara təmiz qızıldan hazırlanmış diş fırçaları və daraqlar təklif olunur. 

Həmçinin bildirilib ki, dünyaca məşhur rəssam Pikassonun rəsmləri otelin daxilində yerləşən mağazalarda satılacaq.

Rəşad Əliyev, Bizim.Media
 






© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO