Məşhur serialın ulduzu cinsi istismarda ittiham olunur - FOTO

Məşhur serialın ulduzu cinsi istismarda ittiham olunur - FOTO

Hazırda oxunan: Məşhur serialın ulduzu cinsi istismarda ittiham olunur - FOTO

115665

Bir çox qadın “Twitter” sosial media platformasında "Wednesday" serialının aktyoru Persi Haynes Uayta qarşı cinsi istismar iddiaları irəli sürüb.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, qızlar 21 yaşlı Uaytı Torontoda orta məktəb illərindən tanıdıqlarını və sözügedən hadisələrin onun 17-20 yaşları arasında olarkən baş verdiyini iddia ediblər.

İddialar ilk olaraq "Twitter" istifadəçisi @milkievich tərəfindən ortaya atılıb.

O bildirib ki, Uayt “çox sərxoş olanda” məclislərin birində ona “hücum edib”.

Qız, həmçinin ona qarşı “zorlama iddiaları”nın irəli sürüldüyünü desə də, iddiaları kimin irəli sürdüyü barədə daha dəqiq məlumat verməyib.

Aktyorun qeyri-qanuni hərəkətlərini təsdiqləyən fotoşəkillər, yazışmaların skrinşotları və dostlarının xatirələri var.

Bu iddialardan sonra Persi sosial media hesabında şərhləri bağlayıb və hələ də iddialara cavab olaraq heç bir açıqlama verməyib.

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO