Azərbaycanlı bloqerin Sinqapurda kazino əyləncəsi - FOTO

Azərbaycanlı bloqerin Sinqapurda kazino əyləncəsi - FOTO

Hazırda oxunan: Azərbaycanlı bloqerin Sinqapurda kazino əyləncəsi - FOTO

115540

Rusiyada və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloqer və iş adamı Hüseyn Həsənov Asiya qitəsində istirahətin dadını çıxarır.

Bizim.Media xəbər verir ki, Hüseyn Balı adalarından “vurub”, Sinqapurdan “çıxıb”.

Həsənov qaldığı “Marina Bay Sands” otelində milyonçuların hər gecə axın etdiyi kazinoya baş çəkib.

Həsənov hesabına pul qoyaraq, orada oyun oynayıb. Video bloqer milyonçulara verilən xüsusi qızılı plastik kartı  əlində tutaraq, onun mahiyyəti ilə bağlı paylaşım edib:

“Restoranlara giriş əldə etmək və az adamın 100.000 dollar depozit ödəməli olduğu kazinolarda oynamaq üçün onlar bu kartı verirlər. Mən o kartı geri qoymağı üstün tuturam”.

Rəşad Əliyev, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO