Cavan Zeynallı dünyasını dəyişən xanımından DANIŞDI: “Son arzusunu yerinə yetirdik“ - ÖZƏL

Cavan Zeynallı dünyasını dəyişən xanımından DANIŞDI: “Son arzusunu yerinə yetirdik“ - ÖZƏL

Hazırda oxunan: Cavan Zeynallı dünyasını dəyişən xanımından DANIŞDI: “Son arzusunu yerinə yetirdik“ - ÖZƏL

114949

Xəbər verdiyimiz kimi, ötən gün Xalq artisti Cavan Zeynallının xanımı Röya Zeynallı dünyasını dəyişib. 

Sənətkarın xanımının hansı şəraitdə və nədən rəhmətə getməsi ilə bağlı suallara aydınlıq gətirmək üçün Bizim.Media-nın əməkdaşı sənətkarla əlaqə saxlayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Cavan Zeynallının həyat yoldaşı vəfat etdi


O, Röya xanımın iflicdən vəfat etdiyini açıqlayıb: 

“Röyanın dünyadan köçməsi məni çox sarsıtdı. Hələ də özümə gələ bilməmişəm (ağlayır). O sinir iflicindən dünyasını dəyişdi. İflic isə təzyiqinin yüksək olması səbəbilə baş verdi. Dəhşətli istilərdə, avqustun 14-də onun birdən-birə halı pisləşdi. Hətta əməliyyat da keçirdi. Həkimlər söylədilər ki, əməliyyatdan sonra vəziyyəti yaxşılaşacaq. Amma onların dediyi kimi olmadı. Əksinə səhhəti daha da pisləşdi. Dörd xəstəxanada müalicələr aldı. Hər gün gedirdim yanına. Amma bu müalicələr nəticə vermədi”. 

Cavan Zeynallı xanımının Qusarda, ailə üzvlərinin yanında torpağa tapşırıldığını açıqlayıb: 

“Bakıda onun torpağa tapşırılması üçün yer də danışdım. Amma yaxınları söylədilər ki, Röyanın valideynləri və iki qardaşı Qusarda dəfn olunub. Həyat yoldaşımı da son arzusu olaraq orada dəfn etdik. Çünki həm də yaxınlarının hər dəfə onu məzarını ziyarət etmək üçün Bakıya gəlib-getməkləri çətin olacaqdı. Artıq o torpağa tapşırılıb. Allah rəhmət eləsin”. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO