Elzanın \

Elzanın \"O, seviləsi adam deyil\" sözlərinə Mətanətdən CAVAB - VİDEO

Hazırda oxunan: Elzanın \"O, seviləsi adam deyil\" sözlərinə Mətanətdən CAVAB - VİDEO

114906

Müğənni Mətanət Əsədova Əməkdar artist Elza Seyidcahanın "Mətanət Əsədova kimdir ki? Müğənnidir? Müğənni deyil. Səsi var, səsinin aşiqiyəm. Sənətinin üstünə düşməkdənsə, bədəninin üstə düşüb. Adam səsi montaj edər, oxuyar. Düzü, cavab verər ki, montaja ehtiyacı yoxdur. Qəşəng oxuyur. Mən onu sevmirəm. O, seviləsi adam deyil. Səsini sevirəm" sözlərinə cavab verib.

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "Günaydın, Azərbaycan!" səhər şousunda Elza ilə illər əvvəl aralarında baş verən qalmaqalı yada salıb.

"Elza bir dəfə efirə zəng etdi və tənqid etdi. Mənə həmin tənqid təhqir kimi gəldi. Onun sözü məni dağa çıxartdı. Bir vaxtlar dostlarımı yığırdım, gedib Elzaya qulaq asırdım. Deyirdim, gözəl sənətin, istedadın var", - deyə Mətanət bildirib.
Qeyd edək ki, Elza ilə Mətanət arasında qalmaqal illər əvvəl Xəzər TV-də yayımlanan "Hər Şey Daxil" verilişində baş verib.

Seyidcahan sözügedən proqramın canlı efirinə zəng edərək "Gəncləri korlayan Manaflar, Mətanətlər var" sözlərini dilə gətirib. Daha sonra ikili arasında dava yaşanıb. Baş verənlərdən sonra sözügedən verilişin bağlanması ilə bağlı qərar verilib.
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO