““TikTok” sosial şəbəkə platforması biabırçılıqdır. Müğənni var deyir ki, görəsən bu mahnını ifa etsəm “TikTok”da məşhurlaşacaq, partlayacaq? Bu nə deməkdir? Normal bir hal deyil”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə qonaq olduğu “Həyat tərzi” verilişində deyib.
Sənətçi “TikTok” sosial şəbəkə platformasını biabırçılıq adlandırıb:
““TikTok”da canlı yayımlar açırlar. Baxırsan onlara, biabırçılıqdır. Uşağın əlindən telefonu almaq istəyirsən. Evdə ana, atanın onlara baxmasını istəmirsən. Hətta özün onlara baxmağa utanıb, biabır olursan ki, bu nədir belə...”.
Türkan sözügedən sosial şəbəkə platformasını bəylərə yaraşdırsa da, lakin xanımların orada canlı yayımlar açmasını qınayıb:
“Kişilərin “TikTok”a girməsini yenə anlayıram və normal qarşılayıram. Lakin xanımların “TikTok”a girməsini onlara yaraşdırmıram. Olmaz!”.
Rəşad Əliyev, Bizim.Media