Elvis Preslinin yeganə qızı evində ÖLÜ TAPILDI 

Elvis Preslinin yeganə qızı evində ÖLÜ TAPILDI 

Hazırda oxunan: Elvis Preslinin yeganə qızı evində ÖLÜ TAPILDI 

114502

“Rok-n-roll”un əfsanəsi, müğənni Elvis Preslinin yeganə övladı Liza Mari Presli dünyasını dəyişib. 

Bizim.Media "cnn"ə istinadən xəbər verir ki, 54 yaşlı Liza Kaliforniyadakı evində huşsuz vəziyyətdə tapılıb.  

İfaçının ürəyi dayanıb, nəbzini bərpa etmək üçün ona adrenalin iynəsi vurulub. Lakin həkimlərin bütün müdaxilələrinə rəğmən Lizanın həyatını xilas edə bilməyiblər.  
Anası Prisilla Presley qızının vəfat etdiyini təsdiqləyib. 

“Gözəl qızım, Liza Marinin bizi tərk etməsi ilə bağlı dəhşətli xəbəri böyük ağrı ilə bölüşməliyəm”, - deyə sənətçinin anası bildirib. 

Qeyd edək ki, atası öləndə 9 yaşında olan Liza Mari Presli Elvis Preslinin  yeganə varisi olub. 






Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO