Əməkdar artist Mətanət İsgəndərli sosial şəbəkə hesabında paylaşdığı fotosu ilə adından söz etdirib.
Bizim.Media xəbər verir ki, sənətçi həmkarları Nazənin Salayeva və Şəbnəm Tovuzlu ilə iştirak etdiyi verilişlərin birində çəkilən şəklini “fotoşop”layaraq, tanınmaz hala salıb.
Belə ki sənətçi özünün və yanında əyləşən sənət dostlarının üzünü “face app” proqramı ilə cavanlaşdırmaq istəyib. Lakin İsgəndərli “qaş düzəldən yerdə vurub gözü də çıxarıb”.
Fotoda İsgəndərlinin özü ilə yanaşı Salayevanın da üz ifadəsinin 180 dərəcə dəyişməsi sosial şəbəkə əhlinin “dilinə düşüb”.
İzləyicilər Əməkdar artistin bu fotosunu süni adlandıraraq, tənqid ediblər.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
14:37 / 12.01.2023
Mətanətin “fotoşop” sevdası Nazənini tanınmaz hala saldı - FOTO
Hazırda oxunan: Mətanətin “fotoşop” sevdası Nazənini tanınmaz hala saldı - FOTO
Hazırda oxunan: Mətanətin “fotoşop” sevdası Nazənini tanınmaz hala saldı - FOTO
114387
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.