Türkiyədə tikinti fırıldaqçılığının qurbanı Rüfət:

Türkiyədə tikinti fırıldaqçılığının qurbanı Rüfət: "Şirkət rəhbərləri pulumuzu götürüb, yoxa çıxıblar" - ÖZƏL 

Hazırda oxunan: Türkiyədə tikinti fırıldaqçılığının qurbanı Rüfət: "Şirkət rəhbərləri pulumuzu götürüb, yoxa çıxıblar" - ÖZƏL 

113864

“2014-cü ildə bu mənzili almışam, 2016-cı ildə biz ora köçməli idik. Sonra dedilər ki, gecikmələr var. Daha sonra isə məni mənzili təmir etdirməyə məcbur etdilər. Təmir etdikdən sonra şirkətin müflis olduğunu bəyan etdilər. Onlar “bizim edə biləcəyimiz heç nə yoxdur söylədilər”. Bu günə kimi onlarla məhkəmələrdə çəkişirəm. Amma təəssüf ki, ali orqan da məsələ ilə bağlı heç nə edə bilmir. Mənim kimi digər ev sahibləri də pullarını itiriblər”.  

Bu sözləri dünyaca məşhur azərbaycanlı modelyer və dizayner Rüfət İsmayıl Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.  

İstanbulun “Esenyurt” səmtində tikilməkdə olan binadan lüks mənzil alan dizayner bildirib ki, “Garanti Koza Park Residence” inşaat sektorundan ona zəng edib, sözügedən mənzili satmağını təklif ediblər.

"Mənzili 550 min lirəyə almışam. Təmirinə isə 80 min lirə xərcləmişəm. Amma bu qiymətlər 2014-2016-cı illərə aiddir. O zaman isə həm evin alışına, həm də təmirinə xərclənən ümumi qiymət 280 min dollar edib. İndi isə bu məbləğ 5 milyon TL təşkil edir. Şirkətdən zəng edib, deyirlər ki, evi satmaq istəyirsiniz? Təbii ki, onlara satmaq istədiyimi söylədim. 280 min dollara evi satdığımı deyəndə, onlar bu evi 2014-2016-ci ilin kursu ilə lirə ilə alacağını bildirdilər.

Onların sözlərindən belə çıxır ki, mənzili mən 550 min lirəyə, yəni 30 min dollara satmalıyam.

Bu isə çox gülməlidir. Deyirlər istəyirsiniz satın, istəyirsiniz satmayın, qalsın. Hər halda bu evi o qiymətə satmaram".  

Rüfətin sözlərinə görə, müflis olduğunu deyən inşaat şirkətinin rəhbərləri orada ev alan insanlar pulunu götürüb, gözdən itiblər:

"Şirkət rəhbəriləri hamıdan pulu yığıb yoxa çıxıblar. Onlar isə heç biri bizimlə əlaqəyə girmir. Şirkətə zəng edirəm, amma belə bir nömrənin ümumiyyətlə olmadığı bildirilir. 3000 mənzil təmirə hazırdır, lakin bina "Akbank" tərəfindən möhürlənib. Çünki bank mənzillərə ipoteka qoyub. Belə çıxır ki, bu mənzili almaq üçün hələ də eyni məbləği “Akbank”a ödəməlisən. Məsələ isə getdikcə uzanır və hələ də öz həllini tapmır. Nəticədə isə əziyyət çəkən mən və mənim kimi həmin kompleksdə ev alan vətəndaşlardır". 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO