Müğənni Aysun İsmayılova özünə dəbdəbəli doğum günü məclisi keçirib.
Bizim.Media xəbər verir ki, 25 yaşı tamam olan sənətçinin özəl günündə həyat yoldaşı Eşqin Cəlilov, ailə üzvləri və yaxın dostları və bir iştirak edib.
Doğum günündə Aysun imicinə də əl gəzidirib. İsmayılova qara saçlarını sarıya boyadaraq 180 dərəcə dəyişib.
İfaçı gecədə əvvəlcə gümüşü, daha sonra isə qara rəngdə libas geyinib. Doğum günü tortunun dadına baxan Aysuna atalığı? iş adamı Fazil Əmiraslanov lüks “Cartier” markasına məxsus qol saatı hədiyyə edib.
Sözügedən hədiyyəni qonaqlar qarşısında açıb, nümayiş edən İsmayılova təəccübünü gizlədə bilməyib. Qol saatının 50 min manat dəyərində olduğu bildirilib.
Gecədə Aysunun həyat yoldaşı Eşqin Cəlilovla mehriban və səmimi görüntüləri fotoqraf tərəfindən anbaan lentə alınıb. Həmin şəkilləri isə müğənni sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşərək “Ən gözəl günümü özəl etdiyin üçün Eşqin sənə təşəkkür edirəm” şərhini yazıb.
Rəşad Əliyev, Bizim.Media