Azərbaycanı 2020 və 2021-ci ildə nüfuzlu "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində təmsil edən müğənni Samirə Əfəndi Yeni ili İspaniyada qarşılayıb.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında məlumat verib.
İspaniyada çəkdiyi fotolarını izləyiciləri ilə bölüşən Samirə "2023-cü ili Madriddə qarşıladım. Bir deyim var: İli yaxşı başlamaq bütün ili yaxşı edər. Buna görə də mən bütün ildən səyahət gözləyirəm. Daha yaxşı nə ola bilər..." şərhini yazıb.
Əfəndi 2021-ci ildə "Avroviziya"da oxuduğu "Mata Hari" mahnısı ilə bu şəhərdə tanındığını qeyd edib.
Rəşad Əliyev, Bizim.Media