Müğənni İlkin Fuad qiş tətilində okeanın o tayına - ABŞ-a yollanıb.
Bizim.Media xəbər verir ki, qış fəslini qızmar yaya dəyişən sənətçi Mayamidən “vurub”, Kubadan “çıxıb”.
Öncə Floridada olan İlkin aliqatorların məskəni “Everglades Safari Park”a gedib. Bataqlıqda “qaynayıb-qarışan” nəhəng aliqatorları lentə alan sənətçi qorxmadan sözügedən canlının kiçik nümunəsini əlinə alıb. İfaçı əlində tutduğu timsaha “Kabablıq” deyə müraciət edib.
Daha sonra İlkin aliqatorlarla əyləncəsini sonlandıraraq Kubaya gedib. Paytaxt Havananı ələk-vələk edən müğənni məşhur “Kuba siqarası”nın hazırlanma prosesini izləyib.
Sənətçi ekzotik meyvələrin satıldığı kiçik bazara da baş çəkib. Orada İlkin kokosun dadına baxıb “dadlıdır” deyərək, meyvə haqqında fikrini bildirib.
Müğənni restoranların birində olduğu zaman kubalı musiqiçilərin səsləndirdiyi nəğmələrini dinləyib.
Rəşad Əliyev, Bizim.Media