Roza Afaq ilə Turalı “İYNƏLƏDİ”: “Bir yerdə veriliş aparmayın” - VİDEO 

Roza Afaq ilə Turalı “İYNƏLƏDİ”: “Bir yerdə veriliş aparmayın” - VİDEO 

Hazırda oxunan: Roza Afaq ilə Turalı “İYNƏLƏDİ”: “Bir yerdə veriliş aparmayın” - VİDEO 

113312

Müğənni Roza Zərgərli aparıcılar Afaq Gəncəli ilə Tural Əsədova söz atıb.

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Səhər mərkəzi” verilişində aparıcıları təriflədiyi zaman onları “iynələyib”. 

Roza “Verilişinizə dəvət etdiyiniz hər bir qonaqla çox hörmətlə davranırsınız. Öndə olan simalar ( Afaq Gəncəli, Tural Əsədov – red.) çox əziyyət çəkirlər.

Bəzənib, çıxıb, gəlib durmaqla deyil. Onlar sözün həqiqi mənasında həm peşəkardırlar, həm də yaxşı ki, sizin kimi simalar var. Allah sizi ayırmasın. Amma gələn mövsümdən daha bir yerdə veriliş aparmayın” sözlərini dilə gətirib.  
Verilişin aparıcısı Tural Əsədov isə R. Zərgərlinin sözünü altında qalmayıb.  O, “Bu təklifin üzərində fikirləşərik”, - deyə qısa fikrini bildirib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO