"Kiminləsə küsülü olmuşamsa, günah məndə olmayıb. Onlarla küsülü deyiləm, səhvim olub ki, yanlarında olmuşam".
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Günaydın Azərbaycan!" səhər şousunda deyib.
Verilişin aparıcısı Xoşqədəm Hidayətqızı "2022-ci ildə hansı müğənnilərlə küsülü idiniz? Müğənni Mətənat Əsədova ilə də küsülüsünüz?" Elzaya sual ünvanlayıb.
Seyidcahan isə Əsədovanın özünü deyil, səsini bəyəndiyini cavabını verib.
"Mətanət Əsədova kimdir ki? Müğənnidi? Müğənni deyil. Səsi var, səsinin aşiqiyəm. Sənətinin üstünə düşməkdənsə, bədəninin üstə düşüb. Adam səsi montaj edər, oxuyar. Düzü, cavab verər ki, montaja ehtiyacı yoxdur. Qəşəng oxuyur. Mən onu sevmirəm. O, seviləsi adam deyil.
Səsini sevirəm. Məsələn, bacımın diapozonu, lirikası, savadı, dünya görüşü var. Nə fayda? Haradadır? Narahat olmalıdır ki, Allah bu səsi verib, inkişaf etdirim. Adam səhvləri düzəldər. Mən Mətanətə dediklərimi, bacıma da deyirəm”, - deyə Elza bildirib.
Qeyd edək ki, Elza ilə Mətanət arasında qalmaqal illər əvvəl Xəzər TV-də yayımlanan "Hər Şey Daxil" verilişində baş verib. Seyidcahan sözügedən proqramın canlı efirinə zəng edərək "Gəncləri korlayan Manaflar, Mətanətlər var" sözlərini dilə gətirib. Daha sonra ikili arasında dava yaşanıb. Baş verənlərdən sonra sözügedən verilişin bağlanması ilə bağlı qərar verilib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:13 / 03.01.2023
Elza: "Mətanət Əsədova seviləsi adam deyil" - VİDEO
Hazırda oxunan: Elza: "Mətanət Əsədova seviləsi adam deyil" - VİDEO
Hazırda oxunan: Elza: "Mətanət Əsədova seviləsi adam deyil" - VİDEO
112904
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.