Elza:

Elza: "Cılız, cahil insanların tənqidindən qorxmuram" - VİDEO 

Hazırda oxunan: Elza: "Cılız, cahil insanların tənqidindən qorxmuram" - VİDEO 

112837

"Bir yerə gedirəm, sadə olanda məni qəbul etmirlər. Deyirlər ki, sizi hər zaman hansısa bir obrazda görmüşük. Nə olub sizə? Nəsə baş verib? Niyə belə sadəsiniz? Cavabında söyləyirəm ki, hər yerin geyimi var".  

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan evində qonaq etdiyi "Evinizin qonağı" verilişində deyib.  

Səhnəmizin ekstravaqant sənətçisi qeyri-adi geyimləri məktəb illərindən geyindiyini bildirib: 

"Əslində bu, özüməm. Uşaq olanda məktəbə gedəndə də belə geyinirdim. Bunu sinif yoldaşlarım da təsdiqləyə bilərlər. Soltan Hacıbəyli adına Musiqi Texnikomunda təhsil aldığım zaman geyindiyim geyimlər hər zaman digər tələbə yoldaşlarım tərəfindən qəribə qarşılanırdı.

Kiçik bir çantam vardı. Əl ilə toxunulmuşdu, səbətə bənzəyirdi. Ondan istifadə edirdim. Kitablarımı içinə yığırdım. Tələbə yoldaşlarım həmin çantaya o qədər qəribə baxırdılar ki,...  

Əvvələr belə şeylərdən heç kim istifadə etmirdi. Anam dörd bacıma və mənə toxumağı, tikməyi, bişirməyi və s. bu kimi işləri görməyə məcbur edirdi ki, öyrənək". 

Verilişin aparıcısı, aktyor Cövdət Şükürovun "Sizi tənqid edəndə pis olursunuz?" sualına Seyidcahan "Tənqiddənsə, məni tərifləyirlər. Allah məni başdan-ayağa tərifləyir. Kimin tənqidindən qorxacağam ki? Cılız, savadsız, cahil insanların? Tənqidlər birdirsə, on tərif var.

Məni isə yaşadan o təriflərdir", cavabını verib.  

Şükürovun "Geyimlərinizə indiyə kimi təxminən nə qədər pul xərcləmisiniz? Bir milyon manat xərcləmisiniz?" sözlərinə isə Seyidcahan "Geyimlərimə xərclədiyim pulları sözün açığı hesablamamışam. Bəli, çox pullar xərcləmişəm. Sənətə pul xərcləməsən, heç zaman o, sənət olmaz", - deyə bildirib.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO