“Mənə həmişə deyirlər ki, kişilərin tərəfini saxlayıram. İnsan kimi yanaşanda görürəm ki, onların da missiyası ağırdır. Ayrıseçkilik edib qadınlara haqq qazandırmayaq. Özü də indiki qadınlar var ha, məndə onlara qarşı allergiya var”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Gülşad Baxşıyeva qonaq olduğu “Düzünə qalsa” verilişində deyib.
Aktrisa həyat yoldaşının ona xəyanət etməsindən söz açıb:
“Mənim üçün elə şeylər var ki, onlar yox olmadı. Qətiyyən uduzduğumu sanmadım. Guya, mən uduzdum, kimsə qazandı? Əsla! O qazanan adam məndən milyon qat itirdi. Bunu zamanla başa düşdüm. O insanı mənim qədər tanıyan ikinci adam olmayıb. Çox başıaşağı, işini, sənətini bilən savadlı insan olub. Yəqin ki, hansısa tərəfdən bir boşluğu olub, zəif yerindən vurub istifadə ediblər. O mənim sanki böyük oğlum idi, 3-cü uşağım kimi, həm də ən şıltağı...
Amma heç vaxt üzr istəmədi, əlaqə tamamilə kəsildi. Mən heç o məhəllədən də keçmirdim. Amma peşman olmuşdu, yoldaşları mənə mesaj göndərirdilər, bəlkə qayıdıb gəlsə... Bağışlayardım. Su da axarını dəyişir. O insan öz ağlı ilə getməmişdi. Xəyanət, çətin hissdir, həzm olunası bir şey deyil. Qəbuledilməzdir. Mən də ona görə qəbul etmədim. Qapıdan da qovmazdım. Gəlib, uşaqlarına baxardı vəssalam. O mənim uşaqlarımın atası idi, kimsənin deyil”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:44 / 26.12.2022
Gülşad Baxşıyeva ərinin xəyanətindən DANIŞDI: “O, sanki böyük oğlum idi” - VİDEO
Hazırda oxunan: Gülşad Baxşıyeva ərinin xəyanətindən DANIŞDI: “O, sanki böyük oğlum idi” - VİDEO
Hazırda oxunan: Gülşad Baxşıyeva ərinin xəyanətindən DANIŞDI: “O, sanki böyük oğlum idi” - VİDEO
111697
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.