Bu gün biz niyə telekanallardan bir az kənarlaşmışıq? Çünki eyni qazanda qaynayırıq".
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "MTV maqazin" verilişinə müsahibəsində deyib.
Telekanallardan incidiyini dilə gətirən sənətçi, təhsilsiz, bayağı ifaçıların səhnədə artmasından gileylənib:
"Təhsil almışam, mən də ucuz bir şeylərə qaçıb, daha çox maddiyat qazana bilərdim. Amma bundan keçmişəm. Demişəm ki, yox, edə bilmərəm. Mənim üçün musiqinin mənəvi dəyəri daha çoxdur. Kaş ki, bu mahnıları oxuyanlar Azərbaycanın klassik musiqisindən, muğamlarından xəbərdar olardı. Və bilərdi ki, necə bəsit bir şeylər oxuyur.
Onlara aqressiyam ona görə yoxdur ki, bu gün internet dövrüdür. Və insandır, özü üçün oxuyub, paylaşır, birdən milyonlarla baxış gəlir. Nə etsin? İstər-istəməz o da bir özgüvən verir, başlayır çalışmağa. Mən düşünürəm ki, onlar arasında istedadı, səsi olanlar var. Kaş ki, onlardan düzgün istifadə edib, gözəl mahnılar oxutdurmaq olardı”.
Rəşad Əliyev, Bizim.Media
![Lalə telekanallardan NİYƏ İNCİYİB? - VİDEO Lalə telekanallardan NİYƏ İNCİYİB? - VİDEO](https://bizim.media/file/articles/2022/12/25/1671991963_1.jpg)
- A-
- A
- A+
Şoutaym
22:22 / 25.12.2022
Lalə telekanallardan NİYƏ İNCİYİB? - VİDEO
Hazırda oxunan: Lalə telekanallardan NİYƏ İNCİYİB? - VİDEO
Hazırda oxunan: Lalə telekanallardan NİYƏ İNCİYİB? - VİDEO
111609
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.