Miri Yusif aktrisa ilə suyun altında rəqs etdi  VİDEO

Miri Yusif aktrisa ilə suyun altında rəqs etdi  VİDEO

Hazırda oxunan: Miri Yusif aktrisa ilə suyun altında rəqs etdi  VİDEO

111262

Xalq artisti Miri Yusif yeni layihəsini təqdim edib.  

Bizim.Media xəbər verir ki, sənətçi musiqisi və sözləri Zamiq Əliyevə məxsus “Xəzərəm” adlı mahnısına ekran həyatı verib.  

Miri Yusif baş rolda Alsu Bayramovanın yer aldığı klipinin rejissorluğunu Əli Fərhada həvalə edib. Layihənin müəllifi Emin Əfəndiyə məxsusdur.
İki gün ərzində davam edən çəkilişlərdə Miri Yusif su altında qalmaq üçün xüsusi dərslər alıb. Sözügedən kadrlar isə 4 saat ərzində lentə alınıb.

Klipdə müğənni ilə aktrisanın suyun altında rəqsi diqqət çəkib. Sözügedən ekran işi Xalq artistinin rəsmi “YouTube” kanalında izləyicilərin ixtiyarına verilib.   

Qeyd edək ki, Miri Yusifin “Xəzərəm” adlı nəğməsi bir çox musiqi platformalarında yayımdadır.   

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO