Naomi Rublyovkadakı 6,4 milyardlıq villasını itirdi - FOTO

Naomi Rublyovkadakı 6,4 milyardlıq villasını itirdi - FOTO

Hazırda oxunan: Naomi Rublyovkadakı 6,4 milyardlıq villasını itirdi - FOTO

111186

“Qara pantera” ləqəbi ilə dünya moda aləminə adını qızıl həriflərlə yazdıran Naomi Kempbellin Rublyovkadakı malikanəsi əlindən alınıb.  

Bizim.Media rus mətbuatına istinadən xəbər verir ki, supermodellə eşq yaşayan rusiyalı milyarder Vladislav Doronin 2012-ci ildə onun üçün inşa etdirdiyi, dəyəri 6,4 milyard rubl (təxminən 155, 5 milyon manat) futuristik villanı anasının adına keçirib.  

Beləcə Naominin tayı-bərabəri olmayan malikanədən əlini üzməkdən başqa çarəsi qalmayıb.  

Sahəsi 2700 kvadratmetrdən çox olan malikanə kosmik gəmi formasında hazırlanıb. Mərhum memar Zaha Hadid tərəfindən dizayn edilən villanın hündürlüyü 22 metrdir. Memarlıq əsəri sayılan malikanə iki qüllədən ibarətdir. Standart otaqlardan əlavə, burada spa mərkəzi, 25 metrlik hovuz, idman zalı, hamam kompleksi və hətta gecə klubu da var.  

Qeyd edək ki, sözügedən villanın inşası 2012-ci ildə başlayıb. Malikanə isə iş adamına nə az nə çox düz 9 milyard rubla (təxminən 218,7 milyon manat) başa gəlib.
Lakin sevgililər orada çox yaşamayıblar. 2008-ci ildə başlayan roman 5 il sonra ortadan çat verib. Ardınca məhkəmələr bir-birini əvəzləyib. Doronin və Kempbellin toyu olmasa da, hələ də bölüşə bilmədikləri birgə maliyyə aktivləri var. Hazırda Vladislav Doronin xaricdə yaşayır. Naomi Kempbell isə bir yaşlı qız övladı böyüdür. Model qızın atasının adını açıqlamır.   

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO