Kəmalə Rəhimli: “Ruhəngizi qarğışlayıram, satqındır” - VİDEO

Kəmalə Rəhimli: “Ruhəngizi qarğışlayıram, satqındır” - VİDEO

Hazırda oxunan: Kəmalə Rəhimli: “Ruhəngizi qarğışlayıram, satqındır” - VİDEO

110000

“Bu məsələ 10 ilin söhbətidir. Ruhəngiz dedi ki, gəl qalmaqal yaradaq. Cavab verdim ki, mən təhsilli müğənniyəm, belə şeylərə gedən adam deyiləm. Mən çimərlik geyimi, qalmaqalla ilə sənətə gəlməmişəm. Üstündən biraz zaman keçdi. Ruhəngizlə söhbət etdik, onu da gedib televiziya aparıcısına deyib. Aparıcı da mənim üstümə hücum çəkdi. Aramızda olan söhbəti niyə ona-buna danışırsan?”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Kəmalə Rəhimli qalmaqal yaşadığı həmkarı Əməkdar artist Ruhəngiz Musəviyə ünvanlayıb.

Sənətçi həmkarının onunla bağlı səsləndirdiyi ittihamlarına belə cavab verib:  

“Ruhəngizə dedim ki, niyə gedib sözü orada-burada danışırsan? Qayıtdı ki, mən deməmişəm. Ona söylədim ki, canım mənim üçün qiymətlidir. Əgər bu söhbəti gedib danışmısansa, Allah bilsin səninlə. Pislik edəni heç zaman unutmuram. Oturan yerdə heç kim heç kimi qarğışlamır. Dilini sakit qoysun, telekanallarda ağlamasın. Demək günahı var ki, ağlayır. Günahım yoxdur! Qarğış etmişəm, edirəm, edəcəyəm də. Onu qarğışlayıram, satqındır”.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO