Maestro Ceyhun: “Usta briqadam var” - VİDEO

Maestro Ceyhun: “Usta briqadam var” - VİDEO

Hazırda oxunan: Maestro Ceyhun: “Usta briqadam var” - VİDEO

108666

“Maestro” ləqəbi ilə şou-biznesdə məşhurlaşan skripka ifaçısı Ceyhun İsmayılovun təmir-tikinti işi ilə məşğul olduğu üzə çıxıb. 

Bizim.Media xəbər verir ki, bu barədə sənətçi qona qolduğu “Həmin Zaur” axşam şousunda danışıb. 

Ceyhun bildirib ki, pandemiya dövründə bir neçə obyektin layihəsini hazırlayaraq, ustaların köməyi ilə inşa edib: 

“Uşaqlıq arzum tikinti ilə məşğul olmaq olub. Musiqiçi olmasaydım, sırf bu işə köklənərdim. Usta briqadam var. Pandemiya dövründə bir çox özəl sifarişlərimiz oldu. Tikinti işi ilə məşğul olsam da, orada çox ola bilmirəm. Tikiləcək obyektin layihəsinin dizaynını verirəm ustalar isə köməkləşərək, orada işin əsas hissəsini icra edirlər. Ustalar və fəhlələr hamısı dostlarımızdır. Amma ustalar briqadirdən nə qədər narazı olsalar, iş bir o qədər keyfiyyətli olar”.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO