Rusiyanın Xalq artisti Alla Puqaçova sosial şəbəkələrdə onun nüfuzunu ləkələməyə və gözdən salmağa çalışanlara cavab verib.
Bizim.Media xəbər verir ki, İsrailə köçən 73 yaşlı primadonna sosial şəbəkə hesabında yaşadığı villasının pəncərəsindən bağçasına açılan mənzərənin fotosunu paylaşıb.
Puqaçova izləyiciləri ilə bölüşdüyü fotoyq bu sözləri yazıb:
“Çoxları məndən soruşur ki, ailəmizin sifarişli zülmünə necə dözürəm. Necə? Bax belə. Pəncərəmdən belə bir mənzərə.Vəd edilmiş torpağın dekabr səması. Göyə baxıb deyirəm: “Ya Rəbbim! Bu yazıq pozğun məxluqları, münafiqləri və yalançıları bağışla, çünki onlar nə etdiklərini bilmirlər. Hər kəsə salam!”.
Xatırladaq ki, Rusiya Federasiyasının Ədliyyə Nazirliyi Maksim Qalkini xarici agentlər siyahısına daxil edib.
Bundan sonra isə Alla Puqaçova da əri kimi onu “xarici agent” siyahısına salınmasını istəyib. Ötən həftə isə sənətkar uşaqları Liza və Harri ilə sentyabrın sonunda İsrailə uçub. Ötən gün isə primadonnanın İsrail pasportu aldığı ortalığa çıxıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
17:12 / 06.12.2022
Alla Puqaçova tənqidlərə CAVAB VERDİ: “Rəbbim, bu pozğun məxluqları bağışla” - FOTO
Hazırda oxunan: Alla Puqaçova tənqidlərə CAVAB VERDİ: “Rəbbim, bu pozğun məxluqları bağışla” - FOTO
Hazırda oxunan: Alla Puqaçova tənqidlərə CAVAB VERDİ: “Rəbbim, bu pozğun məxluqları bağışla” - FOTO
108179
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.