Rəvan Qarayev başına saç əkdirdi - VİDEO

Rəvan Qarayev başına saç əkdirdi - VİDEO

Hazırda oxunan: Rəvan Qarayev başına saç əkdirdi - VİDEO

108170

Müğənni Rəvan Qarayev estetik əməliyyat olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə sənətçi “Maqazin plyus” verilişinə müsahibəsində bildirib.

Saçlarının töküldüyünü bildirən Rəvan bir müddət əvvəl başına tük əkdirdiyini söyləyib: 

“Saçımda sağda və solda tökülmələr vardı. Bunun üçün tükəkdirmə əməliyyatı keçirdim. Düşünürəm ki, çox gözəl alındı. Bir ifaçı üçün səhnədə görünüş çox vacibdir. “Doğurdan mı qocalıram?” mahnısını özümə aid etmək istəmirəm. Yaş ötdükcə yaşın üstünə yaş gəlir. İnsan gərək özünə qulluq etsin”.  

Qarayev kişi həmkarlarının estetik əməliyyatlar etdirmələrinə isə qarşı çıxıb:  

“Səhnəmizdə elə kişi müğənniləri var ki, üzünü, dodağını şişirtdirib, qaşlarına əl gəzdirir. Bu kimi işlər kişiyə yaraşan xüsusiyyətlər deyil. Əgər alnımda və ağız ətrafında qırışlar varsa, niyə onlar səliqəli şəkildə düzəltdirib, normal görsənməyim ki? Hamı edə bilər. Amma aşırı dərəcədə yox. Əslində hamı edir sadəcə gizlədirlər”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO