Mətanət ilə Mənzurə plastik əməliyyat olunacaqlar

Mətanət ilə Mənzurə plastik əməliyyat olunacaqlar

Hazırda oxunan: Mətanət ilə Mənzurə plastik əməliyyat olunacaqlar

108081

Müğənnilər Mətanət Əsədova ilə Mənzurə Musayeva plastik əməliyyat keçirəcəklər. 

Bizim.Media xəbər verir ki, ifaçılar bu haqda “Həmin Zaur” axşam şousunda məlumat verib. 

Mətanət bildirib ki, üzündə olan problemləri aradan qaldırmaq üçün bıçaq altına uzanacaq:

“85 faiz xanımlar mənim üzümün dəyişilməsini gözləyir. Türkiyədə və bir sıra ölkələrdə əməliyyat etdirməmi məsləhət görsələr də, lakin mən bunu yalnız azərbaycanlı məşhur cərrahın edə biləcəyinə əminəm. Mənim üzüm problemlidir”.
Əsədovanın həmkarı M.Musayeva isə daha da cavanlaşmaq üçün plastik əməliyyat etdirmək istədiyini açıqlayıb. 

“Daha da cavanlaşmaq istəyirəm. Bunun üçün isə yaxın günlərdə plastik əməliyyat etdirəcəyəm. Nə qədər bacarırsa, cərrah məni cavanlaşdırsın. İllər əvvəl burun əməliyyatı keçirdim. Lakin nəfəs almağımda problem yarandı. Bunun üçün yenidən əməliyyat olundum. Şükürlər olsun ki, artıq o problemim aradan qaldırıldı”, - deyə Mənzurə qeyd edib. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO