Nəfəsin anası:

Nəfəsin anası: "Qızım 16 yaşında ailə qurdu" - VİDEO 

Hazırda oxunan: Nəfəsin anası: "Qızım 16 yaşında ailə qurdu" - VİDEO 

107717

"Üç övladım var. İki qızım - Nəfəs, Fatimə və İlkin adlı oğlum var. Fatimə ilə İlkin subaydırlar. İnsanın alnına nə yazılıbsa, o da olur. Nəfəs atasının razılığı ilə 16 yaşında ailə qurdu, qismət".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nəfəsin anası qonaq olduğu "Zaurla Günaydın" səhər şousunda deyib.

Sənətçinin anası bildirib ki, qızının müğənni olmasına atası qarşı çıxıb:

"Nəfəs kiçik yaşlarından müğənniliyə çox həvəsli idi. Sonradan atası ona problemlər yaratdı. Ancaq niyyətin hara, mənzilin də ora. Hazırda Nəfəsin iki övladı var. Nəvələrimə mən baxıram və hər zaman dəstəyəm.
Nəvələrimin dayəsi olsa da, anası da mən də qayğımızı onlardan əsirgəmirik. Nəfəs çox əziyyət çəkir. Çalışır ki, övladlarını necə lazımdır yaşatsın”.

Qeyd edək ki, Nəfəs illər əvvəl həyat yoldaşından boşanıb. Müğənninin atası isə dünyasını dəyişib. Nəfəs müsahibələrinin birində anasının gənc yaşlarında ailə qurduğunu, lakin daha sonra boşandığını etiraf edib. O, anası ilə eyni taleyi bölüşdüyünü söyləyib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO