Azərbaycanlı müğənniyə həkimdən ŞOK PROQNOZ: “Ömürlük kor qala bilərsən”

Azərbaycanlı müğənniyə həkimdən ŞOK PROQNOZ: “Ömürlük kor qala bilərsən”

Hazırda oxunan: Azərbaycanlı müğənniyə həkimdən ŞOK PROQNOZ: “Ömürlük kor qala bilərsən”

107473

“Yeni ulduz” estrada müsabiqəsi ilə məşhurlaşan müğənni Xalid Hacıyev görmə qabiliyyətini tamamilə itirmək təhlükəsi ilə üzləşib.

Bizim.Media xəbər verir ki, bu barədə sənətçi “Elgizlə izlə” verilişində məlumat verib.

Xalid bildirib ki, gözündə “mirvari suyu” xəstəliyi ilə doğulub. 

“Son illərdə əsəb keçirdim, görməm daha da pisləşdi. Dedilər ki, gözlərinin görməməsi bununla əlaqədar ola bilər. Ana bətnində olarkən, gözümdə billur bulanıqlığı, yəni mirvari suyu (katarakta – red.) olub. Gözüm əməliyyat olunmayıb”.

Müğənninin xəstəliyi ilə bağlı verilişdə iştirak edən həkim-oftalmoloq ürəkaçan diaqnoz verməyib. O açıqlamasında zamanında əməliyyat olunmadığı üçün Xalidin ömürlük kör ola biləcəyini vurğulayıb. 

“Katarakta yaranan kimi əməliyyat olunmalıdır. İçərisinə işıq getməsinin qarşısını alır. Əgər bu əməliyyat olunmayıbsa, gecikdiriblərsə “andropia” yaradacaq və ya ömürlük “andropia” görmə tənbəlliyi və ya ömürlük korluq. Sizin bir yaşda gözünüz əməliyyat olunmalı idi”. 
Proqramın gedişində X.Hacıyevin müayinə olunacağı diqqətə çatdırılıb. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO