Xatirənin qardaşının bloqer xanımı:  “Onunla problemim olmayıb” – VİDEO

Xatirənin qardaşının bloqer xanımı:  “Onunla problemim olmayıb” – VİDEO

Hazırda oxunan: Xatirənin qardaşının bloqer xanımı:  “Onunla problemim olmayıb” – VİDEO

107047

Müğənni Xatirə İslam, onun bloqer qardaşı Tural Əzizov və həyat yoldaşı Zümrüd Əzizova “Həmin Zaur” axşam şousunda qonaq olublar. 

Bizim.Media xəbər verir ki, sözügedən verilişdə proqramın aparıcısı Zaur Kamal sənətçinin qardaşı ilə gəlinini sorğu-suala tutub. 

Zaurun “Zümrüd xanım Xatirə bacıdır yoxsa baldız?” sualına qarşı tərəf “Xatirə xanım mənə bacıdır, baldız yox. Onunla bir problem aramızda yaşanmayıb. Hər zaman mənə dəstək olub” cavab verib. 

X.İslam isə gəlini Zümrüdün bu sözlərinə bu cür şərh bildirib: 

“Bu günə kimi ona bir kəlmə də söz deməmişəm. Çünki buna Zümrüd şərait yaratmayıb. Onların heç bir işlərinə qarışmıram. Heç nədən də xəbərim olmur. Nə olanda da bilmirəm”. 

Müğənninin qardaşı isə canlı yayımda Xatirə ilə bağlı bu fikirləri səsləndirib: 

“Xatirə başımızın tacıdır. Bacımın var olması bizə dəstəkdir. Onun sağ əlinin üstümüzdə olması nəyə deyirsinizsə dəyər”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO