Şakira Pikedən ayrıldıqdan sonra ispan müğənni ilə ehtiraslı rəqs etdi

Şakira Pikedən ayrıldıqdan sonra ispan müğənni ilə ehtiraslı rəqs etdi

Hazırda oxunan: Şakira Pikedən ayrıldıqdan sonra ispan müğənni ilə ehtiraslı rəqs etdi

106569

Kolumbiyalı müğənni Şakira ispan müğənni və rəqqasla baçata rəqsi edərkən çəkilmiş videosunu paylaşıb. 

Bizim.Media xəbər verir ki, ulduz videonu sosial şəbəkədəki səhifəsində paylaşıb.

45 yaşlı müğənni şəxsi bloqunun abunəçilərinə Latın Amerikası rəqsi olan baçata üzrə master-klass göstərib.

Bu rəqs zamanı partnyorlar bir-birindən minimum məsafədə ritmlə hərəkət edirlər. Videoda Şakira keçmiş sevgilisi Jerar Pikedən ayrıldıqdan sonra yazdığı yeni “Monotonia" mahnısı altında rəqs edib. 

Bu ilin iyun ayında Şakira övladlarının atası, İspaniyanın "Barselona" futbol klubunun kapitanı Jerar Pikeni xəyanətinə görə tərk edib. Üç ay sonra müğənni "Elle USA" jurnalının üz qabığı üçün poza verib və açıq müsahibə verib və o, ayrılmaqda çətinlik çəkdiyini etiraf edib.
Bundan əvvəl 45 yaşlı Şakira "çılpaq" geyimlə "Burberry" reklamı üçün çəkilib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO