Xəbər verdiyimiz kimi, Əməkdar artist Şəbnəm Tapdıq “Xəzər axşamı” verilişində həmkarı Şəbnəm Tovuzlunun əsl adının Aygün Əsədova olduğunu söyləyib.
Bizim.Media xəbər verir ki, Ş.Tovuzlu qonaq olduğu “Zaurla Günaydın” verilişində qarşı tərəfin səsləndirdiyi iddiaların əsassız olduğunu dilə gətirib.
“O verilişə mən də baxmışam. Amma bu belə deyil. Dünyasını dəyişən anam adımı Şəbnəm qoyub. Əvvəldən adım elə Şəbnəm olub. Anam illər əvvəl Şəbnəm Tapdığın pərəştişkarı olub.
Onu çox sevib. Bunu Şəbnəm xanımın özünə də söyləmişəm. Anamın mənə verdiyi bu ad yadigardır. Heç zaman da bu adımı dəyişə bilmərəm.
Bu adla tanınıb sevilmişəm və bu adla da öləcəyəm. Şəbnəm Tapdıq mənə adımı dəyişib Şəbnur qoymağı təklif etmişdi. Amma ona söylədim ki, sizə sənətkar kimi hörmətim var.
Sevinməlisiz ki, sizi sevən və hazırda yaşamayan bir insan övladına sizin adınızı verib. Onun xatirəsinə hörmətsizlik etməməlisiniz. Şəbnəm Tapdığa heç zaman hörmətsizlik etməmişəm.
Amma ad məsələsində heç vaxt mənə deməyin ki, get adını dəyiş. Hətta qarşı tərəf atasının ona verdiyi “Şəbnəm” adını “sənədli-sürətli” mənə göstərdi. Söylədi ki, “Şəbnəm” adı fransız adı olub”, - deyə Ş.Tovuzlu bildirib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:16 / 26.11.2022
Şəbnəm Tovuzlu: “Şəbnəm Tapdıq adımı dəyişib Şəbnur qoymağı təklif etdi”- VİDEO
Hazırda oxunan: Şəbnəm Tovuzlu: “Şəbnəm Tapdıq adımı dəyişib Şəbnur qoymağı təklif etdi”- VİDEO
Hazırda oxunan: Şəbnəm Tovuzlu: “Şəbnəm Tapdıq adımı dəyişib Şəbnur qoymağı təklif etdi”- VİDEO
106421
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.