Bayağı ifaçıları tənqid edən aparıcıya Əməkdar artistdən CAVAB: “İxtiyarımız yoxdur qınamağa” - VİDEO

Bayağı ifaçıları tənqid edən aparıcıya Əməkdar artistdən CAVAB: “İxtiyarımız yoxdur qınamağa” - VİDEO

Hazırda oxunan: Bayağı ifaçıları tənqid edən aparıcıya Əməkdar artistdən CAVAB: “İxtiyarımız yoxdur qınamağa” - VİDEO

106237

Aparıcı İlahə Şixlinskayanın bayağı ifaçılar haqda söylədiyi fikirlər Əməkdar artisti Təranə Vəlizadənin xoşuna gəlməyib.  

Bizim.Media xəbər verir ki, “Dikdaban” verilişinin aparıcısının “Hazırda bərbad ifaçılar, bayağı musiqilər insanların zövqünü korlayıb. Əlimdə olsaydı, bu cür ifaçıların və mahnıların efirdə olmasına icazə verməzdim. Belə verilişlər açmazdım və belə aparıcılara imkan yaratmazdım” deyə söylədiyi ifadələrlə sözügedən proqramda qonaq olan sənətçi razılaşmayıb.  

Vəlizadə bayağı ifaçıların tərəfini tutub:  

“O zaman - sovetlər dövründə başqa idi, indi başqadır. Ona görə düşünürəm ki, razılaşmaq lazımdır. Hər kəsin seçimi və zövqü var. Kimin təfəkkürü hansı vəziyyətdədirsə, kim hansı səviyyədədirsə, özünə uyğun musiqiçi seçir. Belədir də... Bu daha yaxşıdır”. 

Daha sonra İlahə “Düşünürsünüz ki, bayağı musiqini ifa edənlər və dinləyənlər qınanmamalıdır? Bizim ixtiyarımız yoxdur onları qınamağa?” sualını müğənniyə ünvanlayıb.  

T.Vəlizadə isə “Xeyr, ixtiyarımız yoxdur! O onların zövqü, müğənnisi, bəstəçisi, şairidir və s. İndi zövqü tamaşaçılar formalaşdırır. Tamaşaçı özü seçim edir. Tamaşaçı mütaliyə etməlidir, edir də. Yüksək zövqlü tamaşaçılarımız da var. Hamı hamını sevə bilməz. Necə deyim ki, hamı məni sevsin?” fikirlərini ifadə edib.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO