Şəbnəm: “Şəhərdə bütün kameralara şəkillərim düşüb” - VİDEO

Şəbnəm: “Şəhərdə bütün kameralara şəkillərim düşüb” - VİDEO

Hazırda oxunan: Şəbnəm: “Şəhərdə bütün kameralara şəkillərim düşüb” - VİDEO

106032

“Toya gecikdiyim zaman yollarda çox pis tıxac olub. Məcbur qalıb, qarşı yola keçmişəm, amma qoşa xətti tapdalamamışam. Amma boş yolda qoşa xətti həyatı boyu keçmərəm. Çünki qanun qanundur”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu qonaq olduğu “7 canlı” axşam şousunda deyib.

Sənətçi bildirib ki, çox zaman məclislərə gecikdiyi səbəbi ilə avtomobili yüksək sürətlə idarə etdiyi üçün bir çox videomüşahidə kameralarında görüntüləri var.

“Olub ki, tələsmişəm, avtomobili sürətlə idarə etmişəm. Kameralara əl edərək, şəkil çəkdirərək düşmüşəm. Bütün kameralarda şəkillərim var”, - deyə Şəbnəm vurğulayıb.

Qeyd edək ki, zaman-zaman  Ş.Tovuzlu idarə etdiyi avtomobillə qayda pozuntusuna yol verib. Belə ki, bir müddət əvvəl müğənni sükan arxasında mobil telefondan istifadə edərək fikri yayındıracaq hərəkətlər edib.
Bundan əlavə olaraq müğənni təhlükəsizlik kəmərindən də istifadə etməyib. Müasir avtomobillərdə təhlükəsizlik kəməri taxılmadıqda xəbərdaredici siqnal çalındığı üçün müğənni təhlükəsizlik kəmərini oturacağın arxasından keçirərək taxıb.

Rəşad Əliyev, Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO