Kərim Xalq artistini BİABIR ETDİ: “Altında olan

Kərim Xalq artistini BİABIR ETDİ: “Altında olan "vedrə"ni görmürsən” - VİDEO

Hazırda oxunan: Kərim Xalq artistini BİABIR ETDİ: “Altında olan "vedrə"ni görmürsən” - VİDEO

105820

“Düşmənimlə heç zaman düşmənçilik aparmaram. Əksinə daha da öpüb, qucaqlayaram. Onu sevərəm. Əgər onun düşməni varsa, o, bilir söhbət kimdən gedir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov “MTV maqazin” verilişinə müsabihəsində deyib. 

Sənətçi onunla ədavət aparan “Xalq artisti”ni “yerdən yerə” vurub.  

“Yeri gəlsə, sənin özündə də qüsur var. Amma sən özünün altında olan vedrəni görmürsən, camaatda vanna axtarırsan. Niyə sən altında olan vedrəni görmürsən? Belə olan halda mən də sənin altında olan vedrəni xatırlatmaq məcburiyyətində qalıram. O isə sənə pis təsir edir. Bəs sən niyə qarşında olan insanın qəlbini sındırıb, qırırsan? Qarşı tərəf isə sənə cavab verə bilmir.

Sıxılır ki, qarşımdakı (Xalq artisti – red.) məndən yaşca böyükdür. Ona cavab qaytarmayım.

Böyük isə böyüklüyündən yox özünü qoyur kiçikliyə, başlayır adamın üstünə getməyə. Sonra mənim kimi böyük çıxır ortalığa... Ona deyir ki, “Bir az sakitləş, yavaş ol. Sən aydan təmiz, sudan duru deyilsən. Sənin də özünə görə çox problemlərin var. Əgər bu sənətə gələn yeni nəslin müğənniləri sənin keçmişini bilmirsə, bunu mən bilirəm. Mən də bir neçə həmkarımı ətrafıma toplayıb, səni “yuyub sərərik”.

Sənin isə Xalq artisti yaşında bu, lazım deyil. Ona görə sus, işinlə məşğul ol. Sən sənətə gələndə sponsorun, pul buraxanın olub, rahat gəlmisən. Mən isə bu sənətə alnımın təri ilə gəlmişəm. Fəhlə oğluyam. Səndə nə zamansa fəhlə qızı olmusan. Amma bir fərqin var ki, bu sənətə sponsorla gəlmisən, əziyyət çəkmədən gəlmisən. Sən Xalq artisti çıxıb qəlbimi qıranda, mənə ləzzət eləmir”, – deyə K.Abbasov bildirib. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO