Cavan Zeynallı Prezidentin hədiyyə etdiyi evdən DANIŞDI – VİDEO

Cavan Zeynallı Prezidentin hədiyyə etdiyi evdən DANIŞDI – VİDEO

Hazırda oxunan: Cavan Zeynallı Prezidentin hədiyyə etdiyi evdən DANIŞDI – VİDEO

105466

“Biz bir otaqda yaşayırdıq. Atam başqa evə köçdü. Mən də atamın yanına getdim. Anam isə yaşadığımız bir otaqda qaldı. Atam məktəb direktoru idi. O, tanınmış insan idi. Atama Hüsü Hacıyev küçəsində iki otaqlı ev bağışladılar. Orada üçümüz yaşadıq. Əslində isə həmin ev iki otaqlı deyildi. Çünki bir otaq mətbəx idi. Mətbəx otaqdır? Sovet insanları mətbəxi balkona keçirib, mətbəxin yerini isə yataq otağı edirdilər. Beləcə, iki otaq olurdu”.

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Cavan Zeynallı qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib. 

77 yaşlı sənətkar ölkə başçısının ona hədiyyə etdiyi üç otaqlı evdən söz açıb: 

“Hörmətli prezidetimiz İlham Əliyev məndən soruşdu ki, “Sən neçə otaqlı evdə yaşayırsan?” Ona dedim ki, “Stalinka” tipli binada iki otaqlı mənzildə yaşayıram”. 

Cənab Prezident söylədi ki, “Sənin kimi insan gərək üç otaqlı evdə yaşasın”. Dövlət başçısı mənə üç otaqlı ev bağışladı”. 

Rəşad Əliyev, Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO