Mirkamil Kamilova NƏ OLUB ?

Mirkamil Kamilova NƏ OLUB ?

Hazırda oxunan: Mirkamil Kamilova NƏ OLUB ?

105242

Uzun müddətdir ki,  efirlərdən, eyni zamanda sosial şəbəkələrdən "ilim-ilim" itən müğənni Mirkamil Kamilovla bağlı yaxın qohumları Ramal və Vüsal İsrafilov qardaşları açıqlama verib.

Bizim.Media xəbər verir  ki, sənətçilər qonaq olduqları  “Günün sədası” verilişində Mirkamildən danışıblar.

Ramal bildirib ki, Mirkamil sənətdən küsüb:

“Bu sənətdəsənsə, küsmək olmaz. Mirkamilə də deyirəm, göz önündəyik. Nə etsək, bəlli olur”.

Vüsal İsrafilov isə hər kəsin Mirkamil ilə bağlı onları sorğu-suala çəkdiyini dilə gətirib:

"Deyirik, Mirkamil, gəl, daşı tök ətəyindən. Deyir ki, hələ hazırlaşıram”.

Qeyd edək ki, Mirkamil Kamilov uzun illər əvvəl ürəyindən ağır əməliyyat keçirib. Ondan sonra o, səhnəyə geri qayıtsa da, müəyyən səbəblərə görə efirlərdən uzaqlaşıb. Həmçinin müğənni sosial şəbəkə hesabını da bağlayıb.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO