Aparıcı Çinarə Əliyevaya canlı efirdə evlilik təklifi edilib.
Bizim.Media xəbər verir ki, “Səhər mərkəzi” verilişinə Sürix şəhərində yaşayan özünü imkanlı iş adamı kimi təqdim edən 51 yaşlı Etibar adlı şəxs televiziya ulduzuna elçi düşüb.
Həmin şəxs “Milyonlar qarşısında Çinarə xanıma ülvi, məhəbbət dolu hisslərimi bildirmək istəyirəm. Onun xanım olaraq bütün kaprizlərinə razıyam. Yaşca ondan böyüyüm. Heç zaman da evlənməmişəm. Sürixdə yaşayıram. Bakıya evlənmək üçün gəlmişəm. Bürcüm qoçdur. Çinarə xanım mənimlə evlənərsiniz? Mənə fürsət versin” sualı ilə Çinarəyə səslənib.
Gözlənilməz təklifdən şok keçirən aparıcının “dili-dodağı” quruyub. Çinarənin ona evlilik təklifi edən şəxsə reaksiyası belə olub:
“Eşitdiklərimdən şokdayam. Anam mənə deyir ki, istəyirəm səni Azərbaycandan xaricə aparsınlar. Sən orada həyatını yaşayasan. Yəqin ki, anam indi bizi izləyir və bu təklifə çox sevinir. Etibar sizə bu təklifə görə təşəkkürümü bildirirəm. Dörd-beş dəfə bu cür evlilik təklifləri alsam da, yararlanmamışam. Heç bilmirəm bu təklifə hansı cavabı verim. “Instagram”ımın “Direct” mesajlaşma bölümünə yazarsınız, şəklinizi yollayarsınız. Özüm ayrıca baxım. Ilk növbədə onu görməliyəm. Xasiyyətimiz tutsa, niyə də yox?”.
Verilişin gedişatında proqramın aparıcısı Tural Əsədov Etibara “Öz səsinlə danış” deyib. Bundan sonra Etibar “Sən kim olmusan?” sözlərini dilə gətirib. Həmin şəxsin aktyor Həsrət Həsrətli olduğunu üzə çıxıb. Bunu eşidən Çinarə isə “Bir anlıq gedirdim Avropaya ay Həsrət” deyə aktyora səslənib.
Rəşad Əliyev, Bizim.Media