İlham Mirzəyev “TikTok” QAZANCINI AÇIQLADI - VİDEO

İlham Mirzəyev “TikTok” QAZANCINI AÇIQLADI - VİDEO

Hazırda oxunan: İlham Mirzəyev “TikTok” QAZANCINI AÇIQLADI - VİDEO

104943

“Şəxsiyyətsiz insanların çoxu “TikTok”dadır. Onlara nifrət edirəm”.

Bizim.Media xəbər verir ki, bu sözləri keçmiş teleaparıcı İlham Mirzəyev “Space maqazin” verilişinə müsahibəsində deyib.

İlham “TikTok” sosial şəbəkə platformasında xoşagəlməz videoları ilə “qaz vurub, qazan dolduran” bloqerləri sərt şəkildə tənqid edib.

“Tüpürüm o pula, qazanca ki, söyüş, tərbiyəsizlik və əxlaqsızlıqla olur. Ondansa acından ölərəm, amma mərd olaram”, - deyə İ.Mirzəyev deyib.

Sözügedən sosial şəbəkədən tez-tez canlıya çıxan aparıcı qazancını da açıqlayıb.

“Orada məni sevənlər hədiyyə atırlar. “TikTok”da ən bahalı hədiyyə “Şir” sayılır, onu da mənə atıblar. İnsanlar var ki, səhərdən axşama kimi orada yatıb qalır. Amma mən ürəyim istədiyi zaman açıram, bağlayıram. Allah bərəkət versin. İşləməsəm, “TikTok”dan pul qazanaram. Bütün günü canlı açsam aya 2000-3000 dollar (təxminən 3400-5100 manat) qazanaram. İndiyə kimi “TikTok”dan 7000- 8000 dollara (təxminən 11900 - 13600 manat) yaxın pul qazanmışam”.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO