Erməni vizajistin əl işini “başına qaxınc” etdilər - VİDEO

Erməni vizajistin əl işini “başına qaxınc” etdilər - VİDEO

Hazırda oxunan: Erməni vizajistin əl işini “başına qaxınc” etdilər - VİDEO

104902

Rusiyada məşhurlaşan erməni vizajist Qoar Avetisyanın əl işini izləyicilər “başına qaxınc” ediblər.

Bizim.Media xəbər verir ki, qalmaqallardan başı açılmayan, tez-tez fırıldaqçılıqda ittiham olunan vizajistin uşaq evində böyüyən 15 yaşlı Daşa adlı qıza etdiyi makiyaj sosial şəbəkə əhlini qəzəbləndirib.

Üç yaşında iki yaşlı qardaşını yanğından xilas etməsi nəticəsində üzü yanan qızın makiyaj vasitəsi ilə xarici görkəmini dəyişdirməsi Qoara baha başa gəlib. 

İzləyicilər Avetisyanın sosial şəbəkə hesabında Daşanın dəyişim videosuna “Bir ton makiyajın nə faydası var? Əgər Qoar onun üçün vəsait toplasaydı və qız əməliyyat olunsaydı, bunu başa düşərdik...” kimi tənqid dolu şərhlər yazıblar. 

Vizajist tənqidlərə cavab verib:

“Mənə deyin, necə oldu ki, bu gözəllikdən yalnız bunu görə bildiniz? Allahım, bu cür mənfi rəylərə diqqət yetirməmək üçün mənə güc ver. Ümid edirəm ki, bu cür mənfi fikirlər yazanlar mühakimə etməzdən əvvəl insanlara kömək edərlər”. 

Rəşad Əliyev, Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO