Xəbər verdiyimiz kimi, müğənni Sevda Yahyayeva yeni fotosessiyası ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, gələn ay ana olacaq sənətçi çəkdirdiyi şəkillərlə hamiləliyini ön plana çıxarıb.
Fərqli imicdə obyektiv qarşısına çıxan Sevda əyninə geyindiyi göy, üzəri kiçik, parıltılı daş-qaşlarla bəzədilmiş libasının 30 min manat olduğunu açıqlayıb.
“İstədim ki, bu dönəmimdən, bu görüntümdən bir xatirə olsun. Hamiləliyimi nəzərə çarpadacaq şəkillər çəkdirdim. Mən özümü bu fotosessiyada xarici ulduzlara bənzətməmişəm. Özümü cəsarətli müğənni hesab edirəm və hər zaman da etmişəm. Fotosessiyada geyindiyim libasın qiyməti 30 min manatdır”, - deyə S.Yahyayeva bildirib.
Qeyd edək ki, Sevda Yahyayeva açıqlamasında qızına Ayla adını qoyacağını bildirib.
Rəşad Əliyev, Bizim.Media