Sevil-Sevinc iş xanımı oldular - VİDEO

Sevil-Sevinc iş xanımı oldular - VİDEO

Hazırda oxunan: Sevil-Sevinc iş xanımı oldular - VİDEO

104618

Müğənnilər Sevil-Sevinc Səfərova bacıları yeni biznes qurublar. 

Bizim.Media xəbər verir ki, bu barədə sənətçilər qonaq olduqları “Səhər mərkəzi” verilişində məlumat veriblər. 

Əkizlər bildiriblər ki, Azərbaycana türkiyəli məşhurları gətirən prodüser şirkətinə şərik olublar. 

“Türk prodüser şirkəti Azərbaycanda konsertlər edirlər. Hadisənin, Gülşenin, Ebru Yaşarın və Linetin Bakı konsertlərini təşkil etmişdilər. Onlar böyük konsert məkanları və restoranlarla da çalışırlar. Biz ilk əvvəl onlarla müğənni-şirkət kimi əməkdaşlığa başlamışdıq. Hazırda isə həmin şirkətə şərikik. Biz artıq bərabər konsertlər edəcəyik. İlk olaraq isə müğənni Öykü Gürmanı Bakıya gətirəcəyik. Onun konsertini təşkil edəcəyik”, - deyə Səfərova bacıları bildirib. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO