Təranə sevgilisinin FOTOLARINI PAYLAŞDI

Təranə sevgilisinin FOTOLARINI PAYLAŞDI

Hazırda oxunan: Təranə sevgilisinin FOTOLARINI PAYLAŞDI

103936

Prodüser Təranə Səmədova paylaşdığı fotoları ilə gündəmə səs salıb. 

Bizim.Media xəbər verir ki, prodüser sosial şəbəkə hesabında Rasim Həsənov adlı şəxslə çəkdirdiyi şəkilləri yayımlayaraq, onunla sevgili olduğunu yazıb. 

“Sənin yanında xoşbəxt oluram. Deyirlər, hər qazanın öz qapağı var. Mən özümü səndə tapdım. Həyatın hər şirin, acı üzünü görəndən sonra məni bu qədər anlayıb, tanıyıb, qəbul edən ürəyinə qurban sənin.

Bir kişidə görmək istədiyim keyfiyyətlərin hamısını səndə tapdım. Hər şeyə görə sənə minnətdaram, başımın tacı. Hər zaman yanımızda ol, bizi heç zaman tək buraxma”, - deyə T. Səmədova paylaşımında bildirib.
Qeyd edək ki, T.Səmədova bir neçə ay əvvəl Adel adına qız övladını dünyaya gətirib. Prodüser doğulan körpəsinin süni mayalanma yolu ilə dünyaya gətirdiyini açıqlamışdı. Təranənin Suel adlı daha bir qız övladı var. 

Rəşad Əliyev, Bizim.Media











Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO