Müğənni Şəbnəm Tovuzlunun ilk dəfə qızı Günel və kürəkəninin fotosu efirdə nümayiş olunub.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Həmin Zaur” verilişində cütlüyün şəklini telefonunda aparıcı Zaur Kamala göstərib.
Şəbnəm sözügedən fotonun efirdə göstərməsinə qarşı çıxsa da, Zaur telefonu kameraya tərəf uzadıb və çəkilməyinə şərait yaradıb.
“Mən əslində istəmirdim. Sən dedin ki, birgə fotoları varmı, göstər. Telefonu verdim, sən də kameraya tərəf tutdun. Zaur düzgün etmədin, onların fotosunu efirdə göstərdin”, - deyə Ş.Tovuzlu vurğulayıb.
Qeyd edək ki, Şəbnəm Tovuzlu açıqlamasında 19 yaşlı qızı Günelin yaxın zamanda toyu olacağını bildirmişdi.
Rəşad Əliyev, Bizim.Media