Zeynəb Həsəni: “Xərçəng olduğumu öyrənəndə alt-üst oldum” - VİDEO

Zeynəb Həsəni: “Xərçəng olduğumu öyrənəndə alt-üst oldum” - VİDEO

Hazırda oxunan: Zeynəb Həsəni: “Xərçəng olduğumu öyrənəndə alt-üst oldum” - VİDEO

103619

“Bu xəstəliyə düçar olduğum ilk zamanlarda özümlə söhbət edə bilmirdim.  Çünki gözləmədiyim bir zamanda bu xəbəri aldım. Həyat belədir... Hər şey gözləmədiyimiz anda olur. Tamamilə psixoloji cəhətdən alt-üst oldum”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Zeynəb Həsəni qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib.

Xərçənglə mübarizə aparıb, aylar əvvəl Türkiyəyə müalicəyə yollanan sənətçi, xəstəliyə qalib gəldiyini və tam sağaldığını açıqlayıb.

“Zamanla həkimlərlə görüşüb, söhbət etdikdən sonra öyrəndim ki, bu xəstəlik məndə yeni yaranıb. Onda Allaha şükür etdim ki, zamanında bu xəstəliyi öyrəndim. Məndə irəliləyən bir proses getmədi. Mənim kimi digər xəstələrdə gördüyüm bu prosedurlar məndə olmadı.
Özümlə söhbət edib, deyirdim ki, "Zeynəb sən çox yaxşısan. Həkim səndə digər əlamətlərin olduğunu söyləmədi. Bu olmayacaq səndə". Ən çox saçlarımın tökülməsi mənə pis təsir edərdi. Çünki məndə bu psixoloji travma kimi qalıb.

Bir dəfə o hissi yaşamışam. Anam xərçənglə mübarizə aparanda saçları tökülmüşdü. Gec xəbər tutduğumuza görə, anam Əminə xanımı bu xəstəlikdən itirdik (Anası illər əvvəl bağırsaq xərçəngindən dünyasını dəyişib – red.) Bir tək saçlarımın tökülməməsini istəyirdim. Amma yenə də saçlarımın tökülməsinə hazır idim. Şükürlər olsun ki, bu, baş vermədi.

Bu xəstəlikdən dərs aldım. Allaha dedim ki, sənin verdiyin bu əmanətə, bu cana yaxşı baxmamışam. Canımı incitmişəm, sən də mənə bu xəstəliyi verdin. Allaha şükürlər, tövbələr etdim.
Özümə söz verdim ki, bir daha özümü incitməyəcəyəm. Allahın verdiyi əmanətə pis baxmaram.

Bunu Allah mənə bu dönəmdə izah etdi və hər şey bitdi. Şükür Allaha ki, xərçəngə qalib gəldim. İndi tamamilə sağlamam. Şükürlər ki, heç yerim ağrımır. Pəhriz saxlayıram. Şəkər hər birimizə  çox ziyandır. Onu azaltmışam.Yenə həyatımı yaşayacağam”, -  deyə Z.Həsəni bildirib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO